Bu gün UEFA Avropa Liqasının finalında "Mançester Yunayted" və "Tottenhem" komandaları qarşılaşacaq. Sport24.az  xəbər verir ki, Premyer Liqadakı zəif çıxışlarına baxmayaraq hər iki komanda mövsümü yüksək notla başa vurmağa çalışır, kubok qazanaraq növbəti UEFA Çempionlar Liqasına qatılmaq istəyir.

 

Müxtəlif bukmekerlər "Mançester Yunayted"i bu görüşün favoriti hesab edir:

"Mançester Yunayted"ın qələbəsi: əmsal təxminən 2,30 (43,5% ehtimal)

"Tottenhem"in qələbəsi: əmsal təxminən 3,10 (32,3% ehtimal)

Heç-heçə: əmsal təxminən 3,40 (29,4% ehtimal)

 

Həmçinin turnirdə qələbə (əlavə vaxt və penaltilər nəzərə alınmaqla) üçün əmsallar belədir:

"Mançester Yunayted": 1,67 (60% ehtimal)

"Tottenhem": 2,20 (45,5% ehtimal)

 

Qeyd edək ki, Bilbaoda keçiriləcək final matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.