Qazaxıstan yığmasının futbolçusu Nurali Alipin UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son tur oyununda qırmızı vərəqə alması Rusiyada da ciddi narazılıqla qarşılanıb. Sport24.az xəbər bverir ki, xüsusilə də vaxtilə “Zenit”də oynamış futbolçular hazırda bu klubunun formasını geyinmiş mərkəz müdafiəçisi tənqid atəşinə tutub.

Onlardan biri də “Zenit”in keçmiş yarımmüdafiəçisi Konstantin Lepexindir. Belə ki, o, qazaxıstanlı oyunçunun davranışının peşəkar oyunçuya yaraşmadığını söyləyib: “Futbolçu ya kobud müdaxiləyə, ya da hakimə etiraza görə sarı vərəqə ala bilər. Alip hər ikisini 1-2 saniyədə etdi. O, komandanın gücünü zəiflətdi, onları yarı yolda qoydu",

47 yaşlı rusiyalı mütəxəssisin fikrincə, Nuralinin hazırkı “Zenit”də oynamaq şansı da azdı: "Çünki millidə özünü yaxşı tərəfdən göstərə bilmədi”.

Qeyd edək ki, Alip “Dalğa Arena”da Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları görüşün 35-ci dəqiqəsində ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.