"Sumqayıt"dan ayrılan Sərtan Taşkının yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək.

 

Sərtan 1-ci Liqada mübarizə aparan "Serik Belediyespor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı sağ cinah müdafiəçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.