Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova Türkiyəyə yollanıb.

Sport24.az xəbər verir ki, yığma komandanın müdafiəçisi bundan sonra qardaş ölkənin “Şırnak Bələdiyyə 73″ klubunun uğurları üçün çalışacaq.

Türkiyə təmsilçisi Azərbaycan millisinin üzvünün transferini klubun mətbuat xidməti vasitəsilə açıqlayıb.

İOEUGİM-dan ayrılan Milana, “Şırnak Bələdiyyə 73″lə rəsmi müqaviləyə imza atıb.