Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun komandası xalsız qrup sonuncusu olan Farer adaları yığmasını qəbul edib

Millimiz "Dalğa Arena"dakı qarşılaşmada autsayderin müqavimətini çətinliklə qıraraq tək qolla qalib gəlib.

Yekunda 16 xal toplayan millimiz qrup liderliyini ötən turda təmin edərək B Liqasına yüksəlib.

 

5 dekabr (çərşənbə axşamı)

19:00. Azərbaycan - Farer adaları - 1:0

QOL: Nigar Mirzəliyeva, 68

Bakı. "Dalğa Arena" stadionu