Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda Moldova seçməsi ilə üz-üzə gələcək.

Bakıdakı “ASK Arena”da keçiriləcək görüşə saat 18:00-da start veriləcək.

Son olaraq bir neçə gün öncə İspaniya yığmasına 0:13 hesabı ilə uduzan millimiz yer aldığı D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb.

AÇ-nin seçmə mərhələsi
D qrupu

23 fevral

18:00. Azərbaycan - Moldova
Bakı. “ASK Arena”.