19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

Sport24.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.

Oyunların təqvimini diqqətinizə çatdırırıq:

Monteneqro – Azərbaycan
4 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
 
Azərbaycan – Kipr
7 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
 
Azərbaycan – Xorvatiya
10 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 13:00