Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə keçiriləcək oyunuları üçün biletlər satışa çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

 

iTicket.az-da onlayn şəkildə satılan biletlər İslandiya ilə görüş üçün 5-30, Fransa ilə oyun üçün 5-200 manat arasında dəyişir.

 

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.