Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Motor" Polşa çempionatında növbəti görüşünü keçirib. Sport24.az xəbər verir ki, Lublin təmsilçisi səfərdə "Rakov"un qonağı olub.

 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Dadaşov meydana start heyətində daxil olub. 77-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan millimizin üzvü 84-cü dəqiqədə əvəzlənib.

 

"Motor" 11 turdan sonra 11 xalla 14-cü sıradadır.