Millimizin hücumçusu Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb. Sport24.az xəbər verir ki, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra "Ankaragücü"nün heyətində meydana çıxıb.
Dadaşov Türkiyə 1-ci Liqasının 16-cı turu çərçivəsində "Manisa"ya qarşı keçirilən matçda forma geyib.
Görüşə ehtiyatdan başlayan Dadaşov 82-ci dəqiqədə meydana daxil olub. Oyun isə qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1.
Qeyd edək ki, aktivində 23 xal olan paytaxt təmsilçisi turnir cədvəlində 6-cı yerdədi. "Manisa" isə 20 xalla 15-ci pillədə qərarlaşıb.