19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Sport24.az xəbər verir ki, yığmamız final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayıb.
B liqasının 4-cü qrupunda çıxış edən Həbib Ağayevin yetirmələri Monteneqro ilə görüşüb. Millimiz Latviyada baş tutan matçda böyükhesablı məğlubiyyətlə üzləşib – 0:4
Qeyd edək ki, qrupun digər matçında Bolqarıstan və Latviya üz-üzə gələcək.
19 yaşadək qızlar arasında AVRO-2025-in seçmə mərhələsi
B liqası, IV qrup
I tur, 3 aprel
16:00. Monteneqro – Azərbaycan – 4:0
Katarina Kadenoviç, 19, 62, Tanya Malesiya, 23, Ana Krivokapiç, 86