Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla üz-üzə gələcək.
Çimkənd şəhər stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Oyunu özbəkistanlı Roziyabonu Yusupova idarə edəcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.