Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.

 

Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

 

Matçın baş hakimi islandiyalı Briet Braqadottir olacaq. 

 

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.