Sankt-Peterburqda "Zenit"in yarımmüdafiəçisi Andrey Mostovoyu oğurlamaq istəyiblər. Sport24.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

 

Hücum 23 oktyabr gecəsi baş verib. Hadisə müşahidə kameralarına da düşüb. Mostovoy və xokkeyçi dostu Aleksandr Qrakun Vyazovaya küçəsində maşından düşüblər. Bu vaxt onların yanında qara maşın dayanıb və bir qrup insan maşından düşərək Mostovoyu avtomobilə mindirməyə çalışıblar. Ancaq futbolçu çətinliklə də olsa, onların əlindən qurtula bilib.

 

REN TV-nin məlumatına görə, baş verənlərlə bağlı adam oğurluğu maddəsi ilə bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, 27 yaşlı Mostovoy bu mövsüm "Zenit"də 18 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.