Canni de Byazinin məşqçilik karyerasında Azərbaycan səhifəsi bağlandı. Sport24.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi 67 yaşlı mütəxəssislə yolları ayırmaq qərarını verib.

Millinin AVRO-2024-ün seçmə mərhələsində zəif çıxışını və ən əsası Belçika ilə qarşılaşmadan sonra italyanın azərbaycanlı idman jurnalsitlərini “axmaq” adlandırması yuxarıların səbr kasasını daşdırıb.

Bilindiyi kimi, bu gün axşam baş tutacaq Sloveniya - Qazaxıstan matçından qonaqlar qalib ayrılacağı halda millimiz Millətlər Liqasında pley-off oynamaq şansız qazanacaq. Hadisələrin xoş axarı belə italyan məşqçini postunda saxlamayacaq. Ölkə futboluna rəhbərlik edənlər italyana "axmaq" səhvi bağışlamaq fikrində deyil. Onu razı salmaq üçün rəsmilər hətta təzminat belə ödəməyə hazırdı.

Qeyd edək ki, Canni de Byazi 2020-ci ilin avqustundan milliyə rəhbərlik edirdi
RƏŞAD QASIMOV