"Bu gün Avropada hamı futbol oynamağı bacarır. Əvvəlki seçmə mərhələlərdə dəfələrlə bunun şahidi olmuşuq. Heç bir oyun asan olmayacaq. Bunu indidən bilirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın və millinin oyunçusu Elvin Camalov deyib.

 

29 yaşlı futbolçu saytımıza açıqlamasında Millətlər Liqasının püşkatmasına münasibət bildirib: "Düzdür, bizimlə eyni qrupda yer alan rəqiblərlə üz-üzə gəlmişik, hətta qalib də gəlmişik.  Amma onların gücünü danmaq olmaz. Asan olmayacaq. Lakin sona kimi mübarizə aparmalı və qrup mərhələsini ən yaxşı şəkildə başa vurmalıyıq".

 

Camalov millinin real şansını da dəyərləndirib: "Əlbəttə ki, şans həmişə var. Sadəcə, bu şansdan yaxşı yararlanmalı və müsbət nəticələrlə azarkeşlərimizi sevindirməliyik".

 

Qeyd edək ki, millimiz C divizionunun A qrupnda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Röyanə Oğuz