"Sabah"ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasında sabah "KuPS"a qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb: Sport24.az xəbər verir ki, alman futbolçu media nümayəndələri ilə görüşdə bunları deyib:
– Hansı mövqedə oynamaq sizin üçün rahatdır?
– Məşqçi hansı mövqedə desə, oynamağa hazıram. Hücumçu kimi oynamaq rahatdır. Çoxlu qollar vurur, ötürmələr edirəm.
– Mövqeyində rəqabət var. Bu, oyununuza necə təsir edir?
– Rəqabəti hiss edirəm və bu, olmalıdır. Çalışırıq ki, hər birimiz özümüzün ən yaxşı halını göstərək. Hücumçu kimi işimi görməliyəm. Komandaya kömək etməli, çoxlu qollar vurmalıyam ki, məşqçi də məni seçsin.
– "KuPS"la oyundan gözləntiləriniz nədir?
– Maraqlı oyun olacaq. Səbirsizliklə matçı gözləyirik. Bizim üçün xüsusi haldır. Çempion olmuşuq və nüfuzlu turnirdəyik. "KuPS" güclü rəqibdir, amma bir həftədir, onları təhlil edirik. Bu rəqibə qarşı necə oynamaq lazım olduğunu bilirik. Ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Qələbə qazanacağımıza inanıram.