Türkiyə millisinin müdafiəçisi Merih Demiral azarkeşlərə müraciət edib. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada DÇ-2026-dakı uğursuz çıxışa görə azarkeşlərdən üzr istəyib.
"Türk millətinin başımızın üstündə yeri var. Bizi alqışlamağı da, tənqid etməyi də ən yaxşı millətimiz bacarır. Millətimizin hər tənqidini hörmətlə qarşılayır və haqlı hesab edirik. Bu turnirə böyük arzularla gəlmişdik, amma təəssüf ki, hədəflərimizdən çox uzaqda qaldıq. Yaşatdığımız məyusluq və üzüntüyə görə bütün xalqımızdan səmimi qəlbdən üzr istəyirik.
Meydanda son fitədək, son damla tərimizə qədər mübarizə apardıq. Amma bunun kifayət etmədiyini bilir və məsuliyyəti üzərimizə götürürük. 7-dən 70-ə qədər hər kəsi üzdüyümüzün, gözləntiləri doğrultmadığımızın fərqindəyik. Ay-ulduzlu formanı layiqincə daşımaq və xalqımızı yenidən qürurlandırmaq üçün bundan sonra da daha çox çalışacağıq", – deyə Demiral bildirib.