"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini və yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb. Sport24.az xəbər verir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

 

2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo-verdeli futbolçu "atlılar"ın heyətində 2021/22, 2022/23, 2023/24 və 2024/25 mövsümlərində Azərbaycan çempionu olub. O, həmçinin 2021/22 və 2023/24 mövsümlərində Azərbaycan Kubokunun qalibi adını qazanıb.

 

Andrade "Qarabağ"ın 2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/26 mövsümündə isə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsində pay sahibi olub. Kabo-verdeli futbolçu həmçinin 2022/23 və 2024/25 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/22 və 2022/23 mövsümlərində isə UEFA Konfrans Liqasının pley-off mərhələsində çıxış edib.

 

Leandro "Qarabağ"da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

 

Andrade "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.