"Qarabağ"ın kolumbiyalı legioneri Kevin Medinanın cərrahiyyə əməliyyatı olunacağı məkan müəyyənləşib. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sport24.az-a verdiyi məlumata görə, əməliyyat Skandinaviya ölkəsi Finlandiyada baş tutacaq: "Bu, həmin ölkənin Turku şəhərində - Pihlayalinna Turku Xəstəxanasında olacaq. Tarix dekabrın 13-nə nəzərdə tutulub".

 

Hacıyev əməliyyatın niyə bu ölkədə olunmasına da aydınlıq gətirib: "Bildiyiniz kimi, bu, çox ciddi bir əməliyyatdı. İdmanda bu, ağır bir zədə hesab olunur. Buna görə də texniki, tibbi heyətimiz dərin bir araşdırma etdi ki, bu zədənin əməliyyatının ən yaxşı yeri harda olar. Bu zaman Turkudakı həmin xəstəxana ön plana çıxır və biz də yekunda qərar verdik ki, Kevinin əməliyyatı orda icra olunsun. Çünki dediyim kimi, həmin zədənin əməliyyatının ən yaxşı edildiyi məhz həmin xəstəxanadı. Öndə gedən Avropa klubları - PSJ, "Real"ın belə futbolçuları ora müraciət edərək, əməliyyat olunub".

 

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Molde"ylə Norveçdəki matçda ağır zədənənən Medina 3 aylıq sıradan çıxıb. 

 

 

MEHMAN SÜLEYMANOV