Misli Premyer Liqasının VI turu Kevin Medina üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, "Qarabağ"ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib.

 

Onun yubileyi "Qəbələ" ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub.

 

32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız "Qarabağ" formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.

 

Qeyd edək ki, Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur.