Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib. Sport24.az xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları qarşılaşıblar.

 

Oyun Azərbycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Növbəti oyun Özbəkistan və Qazaxıstan komandaları arasında keçiriləcək.

 

Qeyd edək ki, 6 ölkənin komandasının qatıldığı çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.