"Qarabağ"ın "Marsel"lə Konfrans Liqasının pley-off mərhələsinin səfər matçı maraq azdı. Sport24.az Fransa mətbuatına istinadən xəbrə verir ki, sabahkı matçı keçiriəcəyi "Velodrom" stadionunun tribunalarından təxminən 20 min azarkeş izləyəcək. Bu yerdə bildirək ki, həmin arena 67 min tamaşaçı tutumuna malikdi.
Matç üçün fevralın 14-dək 15 min bilet satılıb. Fransız həmkarlarımız bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı matçda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirib.
Qeyd edək ki, "Marsel" - "Qarabağ" görüşü fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.