"Makkabi" klubu Konfrans Liqası II təsnifat mərhələsində "Sabah"a məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxar matçdan sonra kçeirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Vəziyyəti dəyişə bilərdik. Amma olmadı. "Sabah"ı təbrik edirəm.

 

- Altı qol vurub mərhələ keçə bilməmək necə hissdir?

- Vəziyyəti düzəldə bilərdik. Amma bu alınmadı. Penaltilərlə uduzduq. Özümü çox ümidsiz hiss edirəm.

 

- Dünya futbolunda səfərdə altı qol vurub, mərhələ keçməmək çox da görülməyib. Ola bilər ki, ilk oyunda "Sabah"ı ciddiyə almadız?

- Xeyr. Biz vəziyyəti düzəldə bilmədik. "Sabah"ı isə ciddi komanda kimi qəbul edirdik.