Premyer Liqada ilk dövrə sona yaxınlaşır. Sport24.az xəbər verir ki, artıq vərəqə limitini aşmaq üzrə olan futbolçuların sayı yetərincədi 

Bu gün Tovuzdakı görüşdə hərəyə 1 futbolçunun passivində 3 sarı vərəqə var. Bu, mərkəz yarımmüdafiəçiləri - "Turan Tovuz"dan Veysəl Rzayevlə "Neftçi"nin kapitanı Emin Mahmudovdu. Veysəl I, II, VI  Emin I, VI, VII turlarda "sarı"yla cəzalandırılıb. "Ağ-qaralar"ın növbəti turda "Qarabağ"la derbisinin olduğunu nəzərə alsaq, kapitan ehtiyatlı olmalıdı.

"Səbail" - "Sabah" matçında 3 futbolçuda belə problem var. Belə ki, meydan sahiblərinidə Pedro Nuno (I, II və VII), qonaqlarda Vinsent Til (III, V, VI) və kapitan Elvin Camalov (I, VI, VII) cəza təhlükəsi ilə üz-üzədi. Onlar da yarımmüdafiəçilərdi.

"Kəpəz" - "Qəbələ" qarşılaşmasında vərəqə limiti aşmaq sarıdan əziyyət çəkən yoxdu.

Ən çox 3 "sarı" "Zirə"dədi. Onlar müdafiəçilər - kapitan Qismət Alıyev (lll, lV, V), Dmitrios Çantakias (III, IV, V) və yarımmüdafiəçi Eldar Quliyevdi (V, VI, VII). Bu komandanın hazırkı turda rəqibi olacaq "Araz-Naxçıvan"da (III, VI, VII) Vanderson Melonun cəzalı olmaq problemi var.

Onu da bildirək ki, dünən görüşün iştirakçılarından "Qarabağ"dan fərqli "Sumqayıt"da 3 "sarı"sı olan futbolçu var. Bu, yarımmüdafiəçi olan kapitan Vüqar Mustafayevdi (I, VI, VII).

 

MEHMAN SÜLEYMANOV