Polşanın "Legiya" klubu "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə razılaşmağa yaxındı. Sport24.az xəbər verir ki, bunu Polşada yaşayan jurnalist Eugenio Qonsales Agilera çəxsi "Twitter" səhifəsində yazıb.

O, Varşava təmsilçisinin millimizin hücumçusu ilə danışıqları sürətlə davam etdirdiyini bildirib: "Futbolçunun çoxlu sayda təklifinin olmasına baxmayaraq, "Legiya" ilə anlaşmağa yaxındı".

"Legiya" ölkə çempionatında 60 xalla 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 24 yaşlı Emrelinin "Qarabağ"la müqaviləsi bu mövsümün sonunda başa çatır.