Macarıstanın "Ferentsvaroş" klubu Kevin Medina üçün "Qarabağ"a təklif göndərməyib. Sport24.az xəbər verir ki, bu barədə "ulloi129.hu" məlumat yayıb. 

 

Nəşr Azərbaycan mətbuatının yazdığının həqiqətə uyğun olmadığını vurğulayıb. 

 

Qeyd edək ki, ölkə mətbuatında "Ferentsvaroş"ın kolumbiyalı müdafiəçi üçün Ağdam klubuna təklif göndərdiyi və rədd cavabı aldığı yazılmışdı.