Rusiya millisinin sabiq qapıçısı Andrey Lunyov "Qarabağ"ın heyətində avrokuboklarda debüt edib. Sport24.az xəbər verir ku, bu, hazırda ilk hissəsi gedən Norveç "Molde"siylə Avropa Liqasının qrup mərhələsinin ilk turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçında baş verib.
32 yaşlı qolkiper start heyərdə meydana çıxıb. O, bu turnirin pley-off mərhələsində transfer olunsa da, onda ehtiyatda qalmışdı. Lunyovun "süvarilər"də debütü və hələ ki yeganə matçı "Azərsun Arena"da "Kəpəz"lə 1:1 hesabıyla nəticələnən Premyer Liqa görüşü olub.
Andreyin də oynamasıyla "Qarabağ"ın yay transferlərindən avrokuboklarda debüt etməyən qalmadı. Onların hamısı legionerlərdi.
MEHMAN SÜLEYMANOV