Bu gündən etibarən AFFA-nın təşkil etdiyi U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasının 2025/2026 mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilir. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionatlara qoşulmaq istəyən komandalar üçün qeydiyyat prosesi avqustun 10-da, saat 14:00-da başa çatacaq.
Liqalarda iştirak etmək və qeydiyyatdan keçmək istəyənlər [email protected] elektron ünvanına müraciət etməlidirlər.