"Qarabağ"ın hücumçusu Mahir Emrelinin "Legiya"ya keçidi baş tutmaq üzrədi. Sport24.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, artıq keçidin baş tutmaması üçün heç bir əngəl qalmayıb.

İddia olunur ki, Mahirlə Polşa klubunun rəhbərliyi arasında aparılan son danışıqlar nəticəsini verib. Hazırda yalnız son detallar müzakirə olunur.

Mənbə onu da yazır ki, keçidin reallaşması üçün Azərbaycan Premyer Liqasının başa çatması gözlənilir. Bundan dərhal sonra 24 yaşlı futbolçu Varşavada tibbi müəyinədən keçəcək və "Legiya" ilə müqavilə imzalayacaq.