"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub. Sport24.az-ın ötən ay yaydığı xəbər özünü doğruldub. Millinin sabiq üzvü Ruslan Abışov "boz qurd"un məşqçilər korpusunda yer alacaq.
36 yaşlı mütəxəssis 2013-cü ildə Kurban Berdıyevin rəhbərliyi altında "Rubin"də (Rusiya, Kazan) çıxış edib.
Abışov komandanın Türkiyə toplanışına da qatılmışdı