Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Sport24.az qurumun saytına istinadən xəbər verir ki, dünən Qazaxıstanın “Kayrat” komandasını 2:1 hesabıyla məğlub edən “Qarabağ” ən çox topla oynayan komandadır.

Ağdam təmsilçisi 64 faizlik topa sahib olma ilə bu göstəricidə liderdir. Qurban Qurbanovun yetirmələrinin “Kayrat”la oyundakı topa sahib olma faizi də kifayət qədər diqqət çəkən olub – 71-29.

“Qarabağ” H qrupunda 7 xalla 2-cidir.