Almaniyanın "Köln" klubu azərbaycanlı 4 futbolçunu heyətlərinə cəlb etmək üçün müraciət edib. Bu barədə Sport24.az saytına açıqlamasında "Zəngəzur" Futbol Məktəbinin məşqçisi Azər Cabbarov məlumat verib.

Onu sözləriə görə, Almaniyada turnirdə iştirak edən komandanın üzvlərinə oyundan sonra "Köln"dən təklif gəlib: "4 uşağımız Kölndə məşqə çıxmışdı. Məşqdən sonra almaniyalı koordinator bizə yaxınlaşdı. Dedi ki, ağlımıza gəlməzdi ki, Azərbaycandan olan uşaqlar belə futbol oynaya bilsinlər. Hər 4 uşağın komandalarında oynamasını istədilər. Hətta oturum icazəsi və ya qəyyumluqla bağlı da təkliflər verdilər".

 

KAMAL RZA