"İstənilən qapıçı qoruduğu qapıya təyin olunanda üzülür. Həm də indi VAR sistemi var, cərimə meydançasında elədiyin artıq bir hərəkət üzərində bir dəqiqə də keçsə, penaltinin nəticələnməsinə səbəb olur". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Kamal Bayramov deyib.

Misli Premyer Liqasının son turunda "Zirə"ylə səfər matçıın ilk hissəsidə rəqib hücumçu Hamidu Keytanı penalti zərbəsini dəf edən 37 yaşlı qolkiper detallara varıb: "Zərbədən əvvəl Keytaya psixoloji təsir göstərməyə çalışdım. Məncə, bu da alındı. Keyta topu penalti nöqtəsinə qoyduğu zaman onunla dialoqa girmək üçün 30 saniyə vaxtım oldu. Həmin vaxt ona psixoloji təsir etdim".

Maraqlıdı, futbolçular həmin 30 saniyədə nə danışıblar? Bayramovu dinləyək: "Ona dedim ki, gəl, “RedBull”dan mərcə girək, qol olsa mən alım, qaytarsam sən. Yəqin, imkanı aşağı olduğu üçün mərcə girməyə razılaşmadı. Görünür, uduzacağını bilirdi, ona görə də razılıq vermədi".

Xatırladaq ki, Kamal cari çempionatın ən yaşlı futbolçusudu.

 

 

KAMAL RZA