"Keşlə" baxışa çağırdığı futbolçulardan ikisi ilə bağlı qərar verib. Komandanın baş məşqçisi Sənan Qurbanovun Sport24.az-a verdiyi məlumata görə, bir neçə gün əvvəl baxışa gələn İranın U-19 yığmasının sabiq üzvü, sol cinah müdafiəçisi Nima Daqestani və braziliyalı vinger Devidlə komandada qalası olmayıb.

Bu qərar onların sınandığı "Kəpəz"lə yoxlama matçından sonra (1:1) verilib. Artıq çəkisi olduğuna görə Nimaya ehtiyac duyulmayıb.  Cinah yarımmüdafiəçisi olan "sambaçı" da ümidləri doğrultmadığndan, artıq göndərilib.