"Kəpəz"in yeni transferləri Gəncə şəhər stadionunda Premyer Liqanın VIII turunun "Qəbələ"ylə matçı izləyir. Sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı qapıçı İqor Rodrigeslə malili hücumçu Adama Niane az əvvəl start götürən qarşılaşmanı tribunadan seyr edir.

Onlarla növbəti həftə müqavilələr imzalanıb keçidləri rəsmiləşəcək.

Xatırladaq ki, İqor bir neçə gündü Gəncədə olaraq məşqlərdə iştirak etsə də, Adama düşərgəyə yeni gəlib.

 

MEHMAN SÜLEYMANOV, Gəncə