"Kəpəz"in baş məşqçisi postuna daha bir namizəd bəlli olub. Sport24.az-ın əldə ütdiyi məlumata görə, bu, Gəncə futbolunun ən tanınmış yetirmələrindən olan Azər Məmmədovdu..

Qış fasiləsində Şahin Diniyelə birgə gələrək "Səbail"də məşqçi olan Məmmədovla bağlı əsas problem PRO kateqoriyasının olmamasıdı. Belə ki, 47 yaşlı mütəxəssis A kateqoriyasına malikdi.

Amma bununla bağlı da digər variant var. Bu da "Şamaxı" modeli kimidi. Belə ki, PRO kateqoriyası olan gəncəli Etibar İbrahimov baş məşqçi göstəriləcək, əslində isə baş məşqçi Azər Məmmədoc olacaq. Necə ki "Şamaxı"da PRO-su olan Vüqar Əsgərli baş məşqçi göstərilirdi, əslində isə baş məşqçi Cavid Hüseynov idi.

Xatırladaq ki, Premyer Liqamızda baş məşqçi olmayan Məmmədov "Kəpəz"lə futbolçu kimi həm Azərbaycan çempionu, həm də Azərbaycan Kubokunun qalibi olub.