"Kəpəz" heyətlə bağlı ciddi itkiylə üzləşib. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Azər Məmmədov Premyer Liqanın son turunda "Sabah"la səfər matçında zədələnərək fasilədə əvəzlənən nigeriyalı dayaq yarımmüdafiəçisi Olavale Onanqunanın MRT müayinəsində keçərək, topuq nahiyəsində burxulma aşkarlandığı bildirib: "Həmin nahiyədə bağlarda problem, hətta qopma ehtimalı var. Hələlik həkimimizin mənə verdiyi məlumata görə, Olavale heç olmasa 2-3 həftə olmayacaq. Ola bilər ki, bu müddət bir az da uzun çəksin. Bu da qopmayla bağlıdı. Amma orda bir neçə yerdə ödəm də var. Onun isə sovrulub getmək ehtimalı daha tezdi. Bunu bir həftəlik müalicəylə həll etmək olardı. Sadəcə, qopma ehtimalına görə bir sağalması bir az da uzanacaq. Həkimimiz vəziyyətə nəzarəti öz üzərinə götürüb. Sonda tam qərar verəcək ki, hansı şəkildə, yəni 2-3 həftəlik gözləmə olacaq, yoxsa bundan da uzun müddətə".

Maraqlıdı, 26 yaşlı futbolçuya hətta cərrahi müdaxilə lazım ola bilər?: "Bizim vaxtda topuq burxulanda əməliyyat ehtimalı həmişə az olurdu. Lakin son zamanlar təəssüf ki, tez-tez əməliyyat lazım olur. Hətta topuqda bağların qopmasında da. Şəxsən özüm də bunu müşahidə etmişəm".

 

 

MEHMAN SÜLEYMANOV