"Kəpəz" malili hücumçu Adama Nianenin transferini gerçəkləşdirir. Bu haqda Sport24.az-a danışan komandanın baş məşqçisi Azər Məmmədov yeni forvardın keçidiylə bağlı məsələnin gündəmdə olduğunu söyləyib: "Qapıçıdan öncə hücumçu transfer etmək istəyirdik. Sadəcə, indiki vaxtda azad agent statutusuna malik futbolçu tapmaq bir az çətindi. Bəli, Adamayla söhbətimiz olub. Sadəcə, bəzi həll olunmamış nüanslar qalıb ki, hazırda o, danışılır. Müsbət həll olunsa, transfer mümkündü. Lakin indiki vəziyyətdə yeni hücumçu barəsində "hə" deyə bilmərəm".
Qeyd edək ki, çillisində 7 oyun keçirmiş 30 yaşlı Niane "Nant"ın yetirməsidi və karyerası daha çox Fransaya bağlı olub. O, keçən mövsüm İranın "Nassaji" klubunda (23 matç) çıxış edib.
MEHMAN SÜLEYMANOV