"Kəpəz" klubu heyətinə daha bir futbolçu qatır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi sabiq oyunçusu Olavale Onanuqanın keçidini həll edib.

27 yaşlı nigeriyalı yarımmüdafiəçinin bu gün ölkəmizdə olacağı gözlənilir.

Qeyd edək ki, Olavale Onanuqa 2023-cü ilin yanvarından 2024-cü ilin iyulunadək "Kəpəz"in formasını geyinib.