"Kəpəz"in sabiq futbolçusu Yeqor Xvalko yeni baş məşqçi seçimi ilə bağlı Gəncə təmsilçisinə məsləhət verib. Hazırda Qazaxıstanın "Tobol" klubunda çıxış edən 28 yaşlı müdafiəçi bu barədə Sport24.az-a danışıb. 

 

Belaruslu oyunçu baş məşqçi Adil Şükürovun gedişi barədə qısa danışıb və "sarı-göylər"ə məsləhət gördüyü mütəxəssisi də açıqlayıb:

 

"Həmişə olduğu kimi komandada eyni vəziyyətdir. Kollektiv əvvəlcədən yox, mövsüm başlamazdan əvvəl və mövsümün gedişində yığılır. Bu da hər zaman "Kəpəz"ə problem yaradırdı. İndi də belə oldu. Yeni baş məşqçi kim olmalıdır? Məncə, Tərlan Əhmədovdan daha yaxşı seçim ola bilməz".

 

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında keçirdiyi ilk beş matçda məğlub olub.