Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev və tanınmış futbol veteranı, fəxri bədən tərbiyəsi və idman işçisi Tofiq Əliyev "Kəpəz"in məşqini izləyiblər. Sport24.az xəbər verir ki, klubun fəxri qonaqları məşqçilər korpusu və futbolçularla görüşüblər.
Qonaqlar komandanın nəticələrini davamlı izlədiklərini bildirib, Qərb derbisində heyətə uğurlar arzulayıblar.