Yeni mövsüm üçüb transfer çalışmalarını davam etdirən "Kəpəz"in hansı mövqelərə futbolçu axtardığı məlum olub. Bu barədə Sport24.az-a Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov açıqlama verib.

Mütəxəssis bəzi oyunçularla danışıqların davam etdiyini açıqlayıb:

"Hazırda danışıqlar gedir. Heyətə qapıçı, vinger, mərkəz müdafiəçisi, hücumçu və yarımmüdafiəçi (10 nömrə) cəlb etmək isyəyirik"

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 15-də başlayacaq. Yeni mövsümün püşkü iyulun 18-də atılacaq.