"Kəpəz" tarixində ilk dəfə Azərbaycan Premyer Liqasında "Sabah"ı məğlub edib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi XXI turda Bakı klubunu 3:2 hesabı ilə üstələyib.

Tərəflər arasında çempionatdakı əvvəlki 10 qarşılaşmanın 7-də "Sabah" qələbə qazanmışdısa, 3-də heç-heçə alınıb.

Qeyd edək ki, komandalar Azərbaycan Premyer Liqasında ilk dəfə 2022-ci ilin oktyabrında üz-üzə gəliblər. Bakıdakı görüşdə rəqibini 5 cavabsız qolla üstələmişdi.

"Kəpəz" və "Sabah" arasındakı çempionatdakı əvvəlki 10 oyun.

09.10.2022
"Sabah" - "Kəpəz" - 5:0

14.12.2022
"Kəpəz" - "Sabah" - 2:2

04.03.2023
"Sabah" - "Kəpəz" - 2:0

05.05.2023
"Kəpəz" - "Sabah" - 0:3

24.09.2023
"Sabah" - "Kəpəz" - 2:2

03.12.2023
"Kəpəz" - "Sabah" - 0:2

17.02.2024
"Sabah" - "Kəpəz" - 3:2

21.04.2024
"Kəpəz" - "Sabah" - 1:2

31.08.2024
"Kəpəz" - "Sabah" - 2:3

09.11.2024
"Sabah" - "Kəpəz" - 2:2