"Kəpəz"in futbolçusu Rauf Hüseynlinin gələcək karyerası ilə bağlı vəziyyətə aydınlıq gəlib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi ilə 26 yaşlı müdafiəçi arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar müsbət nəticələnməyib.
Tərəflər razılıq əldə edə bilmədikləri üçün Rauf Hüseynli "sarı-göylər"lə yollarını ayırıb. Təcrübəli müdafiəçi hazırda karyerasını Premyer Liqada davam etdirmək məqsədilə bir neçə klubla danışıqlar aparır.
Qeyd edək ki, Rauf Hüseynli 2024-cü ildən "Kəpəz"in formasını geyinirdi və bu müddətdə komandanın əsas heyət üzvlərindən biri olub.