"Kəpəz"dən ayrılan Ehtiram Şahverdiyevin yeni klubu müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Ehtiram Şahverdiyev karyerasını "Şamaxı"da davam etdirəcək.


Bölgə təmsilçisinin yeni baş məşqçisi Azər Bağırov ötən mövsüm "Kəpəz"də çalışdığı futbolçunu komandasında görmək istəyir.


Qeyd edə ki, 29 yaşlı futbolçu Ehtiram ötən mövsüm "Kəpəz"də 34 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.