"Kəpəz" itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisinin portuqaliyalı müdafiəçisi Dioqo Verdeska cəzalı duruma düşüb. 

 

Buna 28 yaşlı oyunçunun ötən gün "Zirə"yə uduzduqları (0:1) Premyer Liqanın 32-ci turunun oyununda sarı vərəqə alması səbəb olub. 

 

Cari mövsüm səkkizinci dəfə bu halla üzləşən Verdeska 33-cu turda səfərdə "Neftçi" ilə görüşdə komandasına kömək edə bilməyəcək. 

 

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Neftçi" - "Kəpəz" oyunu saat 20:00-da başlayacaq.