"Kəpəz" heyətini əcnəbi futbolçuyla gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə "1+1" illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Qeyd edək ki, Lkoçanın çıxış etdiyi son klub "Santa Koloma" olub.