"Karvan" növbəti transferini rəsmiləşdirib. Klubdan verilən məlumata görə, Yevlax təmsilçisi "Səbail"dən ayrılan futbolçu Süleyman Əhmədovu heyətinə qatıb.

 

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.