"Mövsümün ilk oyunu çox gərgin mübarizə şəraitində keçdi. Rəqibimiz də yetərincə güclü və xoş sözlərə layiq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib

 

Yevlax təmsilçisinin çalışdırıcısı qaçırılan penaltinin oyunun gedişinə çox təsir etdiyini də vurğulayıb: "İlk yarıda penalti vurmaq şansı əldə etsək də, fürsətdən yararlana bilmədik. Bu epizodu qola çevirsəydik, fərqli 90 dəqiqə görəcəkdik. Amma şükürlər olsun ki, ruhdan düşmədik, mübarizə apardıq və bizə lazım olan qolu ikinci hissədə vurduq. Həm mövsümə qələbəylə başlamaq, həm Yevlaxda futbol bayramının gerçəkləşməsinə görə şadam. "Qaradağ Lökbatan"a da sərgilədiyi gözəl oyuna görə təşəkkür edirəm. Bu qələbədən ruhlanıb qarşıdakı turlarda da yaxşı nəticələr qazanmağa köklənəcəyik".

 

Qeyd edək ki, "Karvan" mövsümün ilk turunda öz meydanında "Qaradağ Lökbatan"ı 1:0 hesabı ilə mğlub edib.